“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubu ilə müqavilənin uzadılmasının təfərrüatları haqda danışıb.
"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi həyat yoldaşının bu mövzuda ona dəstək olduğunu deyib: “Həyat yoldaşım mənə dedi ki, nə istəyirsən et. Bunun üçün həyat yoldaşıma kiçik bir təşəkkür edirəm. Bu məni bir az təəccübləndirdi. Fikirləşdim ki, o, mənim evə tez-tez gəlməyimi istəmir?"
Xatırladaq ki, "Real" Kroosla sözləşməni 1 illik uzadıb.
2022/2023 La Liqa mövsümündə Kroos 30 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib. O, 2014-cü ildə "Bavariya"dan bu kluba keçib. Ümumilikdə, Kroos "Real"ın heyətində 417 oyun keçirib və 20 titul qazanıb.