24 iyun 2023 08:39
470

Özbəkistan futzal üzrə dünya çempionatına ev sahibliyi edəcək

Özbəkistan 2024-cü ildə ilk dəfə futzal üzrə dünya çempionatına ev sahibliyi edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə cümə günü Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu barədə qərar Beynəlxalq Futbol Federasiyasının İdarə Heyətinin iclasında qəbul edilib. Turnir Daşkənddə keçiriləcək.

Qeyd edək ki, hazırda Portuqaliya futzal üzrə dünya çempionudur.