23 iyun 2023 22:36
540

Avropa Oyunları: Azərbaycan taekvondoçuları iki medal qazanıblar

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada keçirilən III Avropa Oyunlarında gümüş edal qazanıb.

“İki sahil” xəbər verir ki, 54 kq-da çıxış edən idmançı finalda ispaniyalı Uqo Arilya Vaskeslə qarşılaşıb.

Rəqibinə 1:2 (0:3, 12:3, 7:9) hesabı ilə uduzan Dadaşov ikinci yeri tutub.

Bununla da Azərbaycan idmançılarının yarışda qazandıqları medalların sayı 5-ə çatıb. Daha əvvəl taekvondoçulardan Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.

Karateçilərdən isə Tural Ağalarzadə (67 kq) və İrina Zaretska Avropa Oyunlarının qalibi olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medalla kifayətlənib.