23 iyun 2023 17:33
400

"Sabah" "Olimpiakos"la qarşılaşacaq

"Sabah"ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi komandalardan birinin adına aydınlıq gəlib. 

“İki sahil” xəbər verir ki, bu, "Olimpiakos"dur. Bu haqda Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Görüş iyulun 19-da oynanılacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" iyulun 6-dan iyulun 20-dək Avstriyada olacaq və orada 3 yoxlama oyunu keçirəcək.