“Səbail”in futbolçusu Rahid Əmirquliyev futbolçu karyerasını bitirmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi 34 yaşında peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, Rahid 2018-ci ildən "Səbail"də oynayırdı. O, ümumilikdə Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunlardan 120-si "Səbail"in heyətində olub. Əmirquliyev 2007-2017-ci illərdə Azərbaycan millisinin formasını geyinib.