Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.
“İki sahil”in məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunx ilə üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn Nəcəfov bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.