23 iyun 2023 12:56
330

"Bavariya" "Borussiya"dan ayrılan futbolçu ilə müqavilə imzalayıb

Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.

“İki sahil” Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi Rafael Gerreyru ilə müqavilə imzalanıb.

30 yaşlı oyunçunun sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Rafael Gerreyru 2016-cı ildən Dortmund "Borussiya"sında çıxış edib. O, ötən mövsüm 36 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu Portuqaliya millisinin də üzvüdür.