23 iyun 2023 00:11
392

Edin Ceko rəsmən “Fənərbağça”da

“Fənərbağça” yeni transferi Edin Ceko ilə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə klubun saytı məlumat yayıb. 

Türkiyə klubu ilə 37 yaşlı hücumçu arasındakı sözləşmə 2 illikdir. Futbolçunun maaşı illik 4 milyon 200 min avro olacaq.

Qeyd edək ki, Ceko bu mövsümün sonunda “İnter”lə başa çatan müqaviləsini yeniləməyib. O,  2022/23 mövsümündə İtaliya klubunun heyətində 52 oyuna çıxıb və 14 qol vurub.