22 iyun 2023 18:01
356

Yenidən TFF-nin prezidenti seçildi

Bu gün Türkiyə Futbol Federasiyasında (TFF) prezident seçkiləri keçirilib.

"İki sahil" "NTV Spor"a istinadən xəbər verir ki, Mehmet Büyükekşi yenidən prezident seçilib. O, yeganə namizəd olduğu seçkilərdə 191 mümkün səsdən 169-nu toplayıb. 22 səs etibarsız sayılıb.

Qeyd edək ki, M.Büyükekşi ötən ilin iyunundan TFF-nin prezidentidir.