22 iyun 2023 17:36
401

Polşalı döyüşçü növbəti dəfə Rafael Fiziyevi duelə çağırıb

Polşalı UFC döyüşçüsü Mateuş Qamrot növbəti dəfə Azərbaycan təmsilçisi Rafael Fiziyevi duelə çağırıb.

“İki sahil” xəbər verir ki, 33 yaşlı idmançı bununla bağlı özünün tviter səhifəsində paylaşım edib.

O, Fiziyevə "Gəl, 5 raundluq böyük şou təşkil edək" yazıb.

Mateuş Qamrot bu ayın əvvəlində də Azərbaycan döyüşçüsünü duelə dəvət etmişdi.

Qeyd edək ki, Rafael Fiziyev sonuncu dəfə ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşıb və ona uduzub.