22 iyun 2023 16:16
293

IOC Beynəlxalq Boks Assosiasiyasını tanımadığını açıqlayıb

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Beynəlxalq Boks Assosiasiyasını (IBA) tanımadığını elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə IOC-un mətbuat xidməti məlumat yayıb.

Qurumun sessiyasında məsələ ilə bağlı səsvermə keçirilib.

70 nəfərdən 69-u IBA-nın tanınmadan məhrum olunmasının lehinə səs verib.