22 iyun 2023 14:36
328

"Barselona"dan İlkay açıqlaması

"Barselona"nın idman direktoru Mateu Alemani "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer edəcəkləri xəbərinə münasibət bildirib.

"İki sahil" Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadla xəbər verir ki, o, deyib:  "Hər şey yeni başlayır".

"Mundo Deportivo" yazıb ki, almaniyalı yarımmüdafiəçi Kataloniya təmsilçisi üçün tibbi müayinədən keçib və "Barselona" ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İ.Gündoğanın "Mançester Siti" ilə müqaviləsi iyunun 30-u başa çatır. O, "Barselona"ya azad agent kimi keçir.