22 iyun 2023 11:28
312

"Fənərbaxça" Edin Cekonun transferini açıqladı

"Fənərbaxça" "İnter"in futbolçusu Edin Cekonu transfer edir.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun tibbi müayinədən keçmək və transfer danışıqlarını tamamlamaq üçün İstanbula gedəcəyi vurğulanıb.

Bosniyalı oyunçunun "Fənərbaxça" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, E.Cekonun "İnter"lə müqaviləsi iyunun 30-u başa çatır. O, yeni klubuna azad agent kimi keçəcək.

Xatırladaq ki, 2022/23 mövsümündə Edin Ceko "İnter"in heyətində 52 oyuna çıxıb və 14 qol vurub.