22 iyun 2023 09:17
494

Tokioda elektromobillərin dünya çempionatı keçiriləcək

Yaponiya paytaxtında gələn ilin martında elektromobillərin “Formula E” yarışı keçiriləcək.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının 10-cu “Formula E” dünya çempionatında 11 komandada 22 nəfər yarışacaq. Bu, Beynəlxalq Avtomobil Federasiyasının himayəsi altında Tokioda keçiriləcək ilk avtomobil yarışı olmaqla yanaşı, Yaponiya hökumətinin karbon emissiyasının azaldılması strategiyası çərçivəsində təşviqedici addım hesab edilir.

Qeyd edək ki, “Formula E” dünya çempionatı 2014-cü ildən başlayaraq keçirilir.