Avropa Oyunlarının açılış mərasimində iştirakçı komandaların rəsmi keçidi olub.
Azərbaycan komandası da paradda iştirak edib.
Ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyıb.
Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.
***
Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, mərasim Krakovda yerləşən "Miejski" stadionunda təşkil olunur.
Tədbir ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə start götürüb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda gerçəkləşib.