21 iyun 2023 13:17
298

Ronaldo Ginnesin Rekordlar Kitabına düşdü

Portuqaliya millisinin kapitanı Ktriştiano Ronaldo Ginnesin Rekordlar Kitabına düşüb.

“İki sahil” xəbər verir ki, 38 yaşlı hücumçu milli komanda ilə 200-cü matça çıxaraq buna nail olub.

O, Avro-2024-ün seçmə mərhələsində İslandiya ilə səfər matçında start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Portuqaliyanın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə qələbə qolunu da 89-ciu dəqiqədə Ronaldo vurub.

Millidə 200-cü matçına çıxması ilə əlaqədar oyundan əvvəl Ronaldoya "Ginnesin Rekordlar Kitabı"na düşməsinə aid diplom təqdim olunub.