20 iyun 2023 17:34
381

İran millisinin futbolçusu Səudiyyə Ərəbistanında çıxış edə bilər

İran millisinin və Almaniyanın "Bayer" (Leverkuzen) klubunun futbolçusu Serdar Azmun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə alman jurnalist Florian Plettenberq şəxsi tviter hesabında yazıb.

Onun sözlərinə görə, sözügedən ölkənin bir neçə təmsilçisi 28 yaşlı hücumçuya təklif göndərib.

Qeyd edək ki, Serdar Azmun Rusiyada "Zenit", "Rubin" və "Rostov" klublarının da formasını geyinib.