20 iyun 2023 16:56
330

“Mançester Yunayted”dən ayrılmaq istəmir

Qapıçı David de Xea “Mançester Yunayted”dən ayrılmaq istəmir.

"İki sahil" The Telegraph-a istinadən xəbər verir ki, futbolçu məşqçilər heyəti və rəhbərliklə görüşüb. O, komandada qalmaq istədiyini bildirib. Qolkiper hətta "qırmızı şeytanlar"ın ehtiyat qapıçısı roluna da razıdır.

32 yaşlı qapıçı 2011-ci ilin iyulundan "Mançester Yunayted"də çıxış edir. Onun müqaviləsi bu yay başa çatır.

Qeyd edək ki, de Xea ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb, 43 qol buraxıb.