Çempionlar Liqasının I təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatma mərasimi ərəfəsində UEFA komandaları qruplara bölüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqiblərinin sayı da azalıb.
Qurban Qurbanovun yetirmələri püşk zamanı səpələnmiş olacaq. Ağdam klubu 2-ci qrupdakı 10 komandadan biridir.
“Qarabağ” bu qrupun 5 səpələnməmişindən biri ilə üz-üzə gələcək. Təmsilçimizin mümkün rəqibləri “Rakuv” (Polşa), “Svift Esper” (Lüksemburq), “Valmiera” (Latviya), “Larne” (Şimali İrlandiya) və “Linkoln” (Cəbəllütariq) klublarıdır.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.