19 iyun 2023 17:52
368

“Çelsi”nin qapıçısı Arrisabalaqanın taleyinə aydınlıq gəlib

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın taleyinə aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, qolkiper İngiltərə klubunda çıxışını davam etdirəcək.

London təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino çalışdırıcının komandada qalmasını istəyib. Argentinalı mütəxəssis 28 yaşlı əlcək sahibini əsas qapıçı gözü ilə baxır.

Qeyd edək ki, Kepa 2018-ci ilin yayında “Atletik”dən 80 milyon avroya transfer olunub.