Şotlandiya çempionu "Seltik"in yeni baş məşqçisi müəyyənləşib.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Brendan Rocers təyin edilib. Şimali irlandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rocers 2016-2019-cu illərdə də "Seltik"in baş məşqçisi olub. Son klubu "Lester" olan mütəxəssis "Liverpul", "Suonsi Siti" və "Uotford"u da çalışdırıb.