PSJ-nin baş məşqçi vəzifəsinə təyin etməyə hazırlaşdığı Luis Enrike ilə imzalayacağı müqavilənin bəzi detalları müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu haqda "L'Équipe" məlumat yayıb. 53 yaşlı ispaniyalı mütəxəssislə 2 illik sözləşmə imzalanacaq. Həmçinin müqavilənin daha 1 il uzadılması variantı da olacaq.
Xatırladaq ki, Enrike əvvəllər “Barselona”, “Roma”, İspaniya millisi və “Selta”nı çalışdırıb.
PSJ ötən mövsüm baş məşqçi Kristof Qaltyenin rəhbərliyi altında Fransa Superkubokunu və Liqa 1-i qazanıb.