19 iyun 2023 10:19
368

DÇ-2024: Azərbaycanın futzal millisinin oyunlarının təqvimi dəqiqləşib

DÇ-2024-ün elit-raund mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının təqvimi dəqiqləşib.

Federasiyadan "İki sahil"ə verilən məlumata görə, A qrupunda yer alan yığma ilk və son matçını səfərdə müvafiq olaraq Rumıniya və Niderlanda qarşı keçirəcək.

15 sentyabr
Rumıniya - Azərbaycan

20 sentyabr
Azərbaycan - Niderland

6 oktyabr
Azərbaycan - Qazaxıstan

11 oktyabr
Qazaxıstan - Azərbaycan

15 dekabr
Azərbaycan - Rumıniya

20 dekabr
Niderland - Azərbaycan