18 iyun 2023 18:32
279

3x3 basketbol üzrə qadınlardan ibarət milli komandamız finala yüksəlib

Avropa Kubokunun seçmə mərhələsində mübarizə aparan 3x3 basketbol üzrə Azərbaycanın qadın milli komandası finala yüksəlib.

“İki sahil” xəbər verir ki,  yığma komanda yürımfinal matçında Malta komandası üzərində 11-10 hesablı qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb. Burada onların rəqibi İrlandiya - Lüksemburq cütünün qalibi olacaq.

Final oyunu Bakı vaxtı ilə saat 19:45 -də başlayacaq.