17 iyun 2023 21:16
285

Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Bu barədə “İki sahil”ə Azərbaycan Güləş Federasiyasından bildirilib. Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.