17 iyun 2023 17:33
329

“Əl-Nəsr”dən sərfəli təklif alıb

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına köçməyə hazırlaşır.

“İki sahil”in “Foot Mercato”ya istinadən məlumatına görə, İngiltərənin “Çelsi” klubunun vingeri Hakim Ziyeş “Əl-Nəsr”dən sərfəli təklif alıb.

“Əl-Nəsr” rəhbərliyi 30 yaşlı oyunçu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Mərakeşli futbolçunun tam razılığı alındıqdan sonra London təmsilçisi ilə danışığa başlanılacaq. Ziyeşin “Çelsi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Qeyd edək ki, portuqaliyalı Kriştianu Ronaldu da hazırda “Əl-Nəsr”də çıxış edir.