17 iyun 2023 09:37
347

Tiaqo Motta komandasını çalışdırmağa hazırlaşır

PSJ-nin sabiq yarımmüdafiəçisi Tiaqo Motta komandasını çalışdırmağa hazırlaşır.

"İki sahil" "L'Équipe"yə istinadən xəbər verir ki, hazırda "Bolonya"ya rəhbərlik edən Motta Kristof Qaltyeni əvəzləmək üçün favorit hesab olunur. Tərəflər yaxın gələcəkdə mümkün əməkdaşlığın detallarını müzakirə edəcəklər. Motta 2018-ci ildə Parisin gənclər komandasının baş məşqçisi olub. Mütəxəssis “Genoa” və “Spice”də də çalışıb.