16 iyun 2023 16:35
305

“Roma” daha bir futbolçusu ilə müqaviləni uzadıb

“Roma” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

“Canavarlar” Kris Smollinqlə anlaşmanı uzadıb. İngiltərəli müdafiəçi 2025-ci ilin yayına qədər paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Smollinq 2020-ci ildən “Roma”da çıxış edir.