16 iyun 2023 13:31
320

Füzuli və Cəbrayılda iki komanda yaradılacaq

“Futbolu işğaldan azad olan ərazilərdə necə inkişaf etdirməklə bağlı müzakirələr oldu. Artıq Füzuli və Cəbrayılda iki komanda yaratmaq barədə razılığa gəlmişik”.

“İki sahil” xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov deyib.

Komitənin bugünkü iclasından sonra jurnalistlərə açıqlama verən Məmmədyarov yığıncaqdakı müzakirələr və qərarlara toxunub.