AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvləri "Dalğa Arena"da milli komanda və məşqçilərlə görüşüblər.
“İki sahil”in məlumatına görə, toplantıda AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edib.
Onlar yığmaya Bakıda Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə oyununda uğurlar arzulayıblar.
Bu gün, həmçinin eyni məkanda İcraiyyə Komitəsinin növbəti iclası da gerçəkləşəcək.
Qeyd edək ki, iyunun 17-də baş tutacaq Azərbaycan – Estoniya matçı saat 20:00-da start götürəcək.