“Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar”.
“İki sahil”in məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
Qarşılaşmanın baş tutacağı “Dalğa Arena”da təşkil olunan tədbirdə italiyalı mütəxəssis əvvəlcə qrupun ilk iki qarşılaşmasındakı uğursuzluğa toxunub: “İlk iki oyunda uduzduq, 9 qol buraxdıq. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, individual səhvlər oldu, bu da bizə baha başa gəldi".
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.