16 iyun 2023 09:53
306

Minifutbol yığmamız dünya reytinqində irəliləyib

Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından öncə milli komandaların reytinq cədvəlini açıqlayıb.

“İki sahil” xəbər verir ki, son Avropa çempionatının qalibi olan Azərbaycan yığması yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib. Yığmanın aktivində 2000 xal var. Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.