Azərbaycanın MMA döyüşçüsü Məhərrəm Həsənzadə növbəti qələbəsini qazanıb.
“İki sahil” xəbər verir ki, döyüşçümüz Rusiyada təşkil olunan “AMC Fight Nights 120” turniri çərçivəsində yerli idmançı Vladimir Alekseev ilə qarşılaşıb. Məhərrəm Həsənzadə hakimlərin yekdil qərarı ilə qalib elan olunub.