15 iyun 2023 15:43
574

Bellinqemin "Real"dakı forma nömrəsi müəyyənləşdi

"Real"ın yeni transferi Cud Bellinqemin forma nömrəsi müəyyənləşib.

"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi 5 nömrəli forma ilə çıxış edəcək. Bu rəqəm daha əvvəl Madrid təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsi olan müdafiəçi Xesus Valyexoya məxsus olub.

Xatırladaq ki, "Real"da 5 nömrədə Rafael Varan, Fabio Koentrao və Zinəddin Zidan kimi futbolçular da çıxış etmişdilər.

Qeyd edək ki, Bellinqem "kral klubu" ilə 6 illik müqavilə imzalayıb.