15 iyun 2023 15:31
316

Mbappenin anası öz futbol agentliyini açır

PSJ-nin hücumçusu Kilian Mbappenin anası Fayza Lamari  öz futbol agentliyini açmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, hazırda o, təkcə Kilianın deyil, həm də kiçik oğlu Ethan Mbappenin işlərinə nəzarət edir. Onun ilk qohum olmayan müştərisi “Lion”un hücumçusu Rayan Şerki olub.

Qeyd edək ki, Şerki ilə Lamari arasında əməkdaşlıq bir neçə həftə əvvəl başlayıb.