15 iyun 2023 12:27
322

Makron Mbappe ilə bağlı azarkeşə söz verdi

Fransa prezidenti Emmanuel Makron Kilian Mbappenin PSJ-də qalmasına kömək olacağına söz verib.

“İki sahil” xəbər verir ki, "RMC Sport"a istinadən xəbər verir k, Paris təmsilçisinin gənc fanatlardan biri ölkə başçısından fransalı hücumçunun PSJ-də qalması üçün nəsə etməsini istəyib. Prezident buna belə cavab verib: “Mən bunu reallaşdırmağa çalışacağam”.

Xatırladaq ki, daha əvvəl Mbappenin bu yay PSJ-ni tərk etməyə hazır olduğu bildirilib. Hücumçu ilə "Real" və bir neçə İngiltərə klubu maraqlanır. 24 yaşlı oyunçunun Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. 

Qeyd edək ki, bir il əvvəl Makron  Mbappe ilə danışmış, onu PSJ-də qalmağa inandırmışdı.