"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, komanda bu raundda "Hapoel" (İsrail, Beer-Şeva) komandası ilə üz-üzə gələcək.
İsrail təmsilçisi IIl təsnifat mərhələsinin hər iki oyununda "Srvena Zvezda" (Serbiya) komandasına qalib gələrək (1:0, 2:0) rəqibini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.