14 iyun 2023 17:05
385

Rusiyada futbolçu oyun vaxtı dünyasını dəyişib

Rusiyanın "Xali-Qali" klubunun futbolçusu Qleb Berezovski oyun vaxtı dünyasını dəyişib.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hadisə həvəskarlar arasında keçirilən Toqliatti futbol liqası matçında baş verib.

29 yaşlı oyunçu "Ladoy"la görüşdə əvəzlənərkən vəfat edib. O, ehtiyat oyunçular skamyasına tərəf gedəndə qazona yıxılaraq ölüb.

Qeyd edək ki, "Xali-Qali"nin kapitanı olan Qleb Berezovski 208 qarşılaşmada 96 qola imza atıb.