PSJ-dən ayrılmağa hazırlaşan Kristof Qaltye "Napoli"yə baş məşqçi təyin olunmağa yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 56 yaşlı fransalı mütəxəssisi komandaya dəvət etməkdə Neapol təmsilçisinin sahibi Aurelio De Laurentis maraqlıdır. Baş məşqçi postuna namizədlər siyahısında Rudi Qarsiya və Paulo Souza da var. Lakin ən güclü namizəd məhz Qaltyedir.
Kristof Qaltye 2022-ci ilin iyulunda PSJ-ni çalışdırırdı. Onun rəhbərliyi altında Paris təmsilçisi Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.