13 iyun 2023 20:24
328

Bolqarıstan klubuna keçən futbolçu Azərbaycan millisinin heyətindən çıxarılacaq

Hazırda Azərbaycan milli komandasının düşərgəsində olan Cəlal Hüseynov 21 yaşadək futbolçulardan ibarət yığmanın heyətinə qoşulacaq.

“İki sahil” xəbər verir ki, 20 yaşlı müdafiəçi iyunun 14-dən etibarən Samir Əliyevin baş məşqçi olduğu komandanın tərkibində yer alacaq.

Hüseynov ötən gün Bolqarıstanın "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.