13 iyun 2023 15:58
320

Enner Valensiya Braziliya klubuna transfer olunub

“Fənərbaxça”nın futbolçusu Enner Valensiya Braziliya klubuna transfer olunub.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Braziliyanın “İnternasional” klubuna keçib.

Türkiyə komandası ilə müqaviləsinin vaxtı bitən ekvadorlu forvard yeni komandası ilə 3 illik anlaşıb. Yığmasının 33 yaşlı kapitanı Səudiyyə Ərəbistanında gələn təklifləri rədd edərək vətəninə yaxın olmağı seçib.

Qeyd edək ki, 2020-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyan Valensiya son mövsümdə 48 matçda iştirak edərək, 33 qolla çempionatın ən sərrast futbolçusu olub.