13 iyun 2023 13:56
338

Lukaku “Əl-Nəsr”lə ilkin razılıq əldə edib

Belçika millisinin futbolçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanına davam etdirməyə yaxındır.

“İki sahil” xəbər verir ki, “Çelsi”nin hücumçusu danışıqların ikinci mərhələsi üçün Asiya ölkəsinə yollanıb.

Kriştiano Ronaldonun da şərəfini qoruduğu “Əl-Nəsr”lə ilkin razılıq əldə edən Lukakunun keçidinin rəsmiləşəcəyi gözlənilir. 30 yaşlı forvard yeni klubunda mövsümdə 25 milyon avro qazanmaq imkanı əldə edib.

Lakin onun keçidinə “Çelsi” ilə müqaviləsi mane ola bilər. 2026-cı ilədək İngiltərə klubuna bağlı olan futbolçu üçün 50 milyon avro tələb olunur. Ərəblər bu məbləğdə güzəştə nail olmaq arzusundadır.

Qeyd edək ki, Romelu ötən mövsümdə icarə əsasında “İnter”də çıxış edib.