13 iyun 2023 09:52
281

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə bu gün yekun vurulacaq

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə bu gün yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, Macarıstan millisi 1/4 finalda Rumıniya yığması ilə, Almaniya seçməsi isə Yaponiyanın G FLOU klubu ilə üz-üzə gələcək. "Neftçi" klubu yarımfinalda Macarıstan - Rumıniya cütünün qalibi ilə görüşəcək. Niderland komandası isə Almaniya - G FLOU duelinin güclüsü ilə qarşılaşacaq.

Qarşılaşmalar saat 13:00-da start götürəcək.