12 iyun 2023 16:02
356

PSV-nin yeni baş məşqçisi açıqlandı

PSV-nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, komandanı Peter Boş çalışdıracaq.  Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssislə müqavilə 3 illikdir. Boş bu vəzifədə ötən ayın sonunda istefa verən Ruud van Nistelrou əvəz edəcək.

Qeyd edək ki, Boş karyerası ərzində "Bayer", "Borussiya" (Dortmund), "Ayaks", "Lion" kimi komandalarda da işləyib.