12 iyun 2023 11:02
317

“Bavariya” hücumçu transferinə 100 milyon avro xərcləyəcək

“Bavariya” hücumçu transferinə 100 milyon avro xərcləyəcək.

“İki sahil” xəbər verir ki, bunu Almaniya klubunun prezidenti Herbert Hayner açıqlayıb.

O bildirib ki, yeni forvard alınmasına 100 milyon ödənilməsi planlaşdırılıb. Mərkəz hücumçusu almaq fikrində olan münhenlilər ön xətti gücləndirmək fikrindədir.

Qeyd edək ki, “Bavariya” Almaniya çempionatının son mövsümündə 1-ci yeri tutub.