Uruqvay yığması 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında (FIFA U20 World Cup) İtaliya komandasını 1:0 hesabı ilə məğlub edib. Turnir Argentinada keçirilib.
"İki sahil" FIFA-nın saytına istinadla xəbər verir ki, qolu 86-cı dəqiqədə Lusiano Rodriges vurub. Uruqvay komandası ilk dəfə kuboku qazanıb. Turnirin bürünc mükafatçısı Cənubi Koreya yığmasını məğlub edən (3:1) İsrail komandası olub.
2019-cu ildə keçirilmiş sonuncu dünya çempionatının qalibi Ukrayna yığması olub. 2021-ci ildə turnir koronavirus pandemiyası səbəbindən təxirə salınıb.