"Fənərbağça" Türkiyə Kubokunun finalında "İstanbul Başakşehir"ə qalib gəlib.
“İki sahil” xəbər verir ki, İzmirdəki Göztəpə stadionunda keçirilən oyun "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.
Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.