10 iyun 2023 18:54
449

Tərlan Əhmədov "Kəpəz"dən ayrı düşdü

"Kəpəz" baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.

Klubdan "İki sahil"ə verilən məlumata görə, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub. 52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Komandanın sükanı arxasına Azər Məmmədovun gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Tərlan Əhmədov ötən ilin sentyabrında "Kəpəz"ə baş məşqçi təyin olunmuşdu.