10 iyun 2023 11:04
368

Şəhriyar Məmmədyarov 11 xalla turniri yeddinci pillədə başa vurub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində sonuncu oyununu keçirib.

“İki sahil” xəbər verir ki, 38 yaşlı qrossmeyster doqquzuncu turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib.

Beləliklə, Şəhriyar Məmmədyarov 11 xalla turniri yeddinci pillədə başa vurub.