Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda qalmayacaq.
Bu barədə "İki sahil"ə klubun icraçı direktoru Mustafa Göksu açıqlama verib. O bildirib ki, məşqçilər heyəti 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil. Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib.